3 ölkə ilə əlbir olan İsraildən Türkiyəyə qarşı ŞOK PLAN

3 ölkə ilə əlbir olan İsraildən Türkiyəyə qarşı ŞOK PLAN: Aralıq dənizində...

Aralıq dənizində enerji oyunları davam edir və Türkiyəyə qarşı yeni planlar qurulur.

Publika.az xəbər verir ki, dənizin Türkiyəyə məxsus hissəsində ölkənin 572 illik enerji ehtiyacını qarşılayacaq qədər təbii qaz ehtiyatının olduğu haqda məlumatlar var.


Şərqi Aralıq təsir dairəsinin xəritəsini yenidən hazırlayan türkiyəli mütəxəssis Cihat Yaycının sözlərinə görə, Aralıq dənizinin şərq hissəsində Türkiyənin 572 illik təbii qaz ehtiyacını təmin edəcək qədər rezervlər var. Bu bölgə həm də gələcəyin enerji maddəsi hesab edilən qaz hidrat yataqları ilə də zəngindir.

Yunanıstan bu bölgəni ələ keçirmək üçün həmin ərazini Kiprin yunan hissəsi olaraq göstərməyə çalışır. Bu işdə İsrail də Afinaya dəstək verir. Bölgənin enerji mənbələrinin araşdırılması işini İtaliyanın ENİ şirkəti həyata keçirməyə cəhd edəndə Türkiyə döyüş gəmiləri ilə bunun qarşısını aldı.

Hazırda Yunanıstan, yunan Kipri, Misir və İsrailin Türkiyəyə qarşı Aralıq dənizində yeni oyun qurduğu deyilir. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə Aralıq dənizinin şərq hissəsindəki təbii qaz yataqlarına görə dəniz müharibəsi başlaya bilər.






Fikirlər