ABŞ sanksiyaları ERMƏNİSTANI qorxuya saldı

 

Azərbaycanın iki nəhəng qonşusuna qarşı verilən sərt qərarlar işğalçı ölkəni çətin durumla üz-üzə qoyur;  politoloq: “İran və Rusiyaya qarşı sanksiyalar Ermənistanın durumunu daha da pisləşdirəcək”; Qarabağın işğaldan azad olunması üçün yeni tarixi fürsət... 

ABŞ-ın İran və Rusiyaya qarşı sanksiyalarını genişləndirməsi təkcə bu iki ölkəni narahat etmir. Söhbət Tehran və Moskva ilə hərtərəfli əlaqələri olan ölkələrdən də getmir. Mövcud situasiyanı daha çox təşvişlə izləyən ölkələrdən bəlkə də birincisi öz mənfur siyasəti nəticəsində dalana dirənmiş işğalçı Ermənistandır.

Qarabağın işğal olunduğu dövrdə İranın Ermənistan üçün “nəfəslik” olduğunu işğalçı ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan da etiraf etmişdi. Ermənilər anlayırlar ki, İranın Mehri dəhlizini bağlaması onların məhvi ilə nəticələnə bilər. Eyni zamanda Rusiyanın öz forpostu Ermənistanla hava nəqliyyatı və Gürcüstandan keçməklə quru yolu vasitəsilə qurduğu əlaqələr bu ölkəni illər boyu daha böyük fəlakətlərdən sığortalayıb. Rusiyadan Ermənistana alternativ yolun açılması istiqamətində isə hələlik bir nəticə əldə olunmayıb.

Düzdür, bu ərəfədə Rusiya tərəfinin İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi üzrə işlərə başladığı xəbəri yayılıb.  Bununla bağlı “Sputnik Ermənistan”a “Rusiya dəmir yolları” ASC-nin sədrinin birinci müavini Aleksandr Mişarin məlumat verib. Onun sözlərinə görə, “Rusiya dəmir yolları” ASC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz dəmir yolları” konsessiya sazişi əsasında Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir və İranla layihənin həyata keçirilməsi vəziyyətində əsas benefisiarlardan biri olacaq.

Ermənistanda hesab edirlər ki, bu yolun tikintisi Ankara və Bakının İrəvanı təcrid etmək cəhdlərini neytrallaşdıracaq. Türkiyə, Azərbaycan və Gürcüstan ötən ilin oktyabrında Bakı-Tiflis-Qars dəmir yolu xəttini istifadəyə verib. Ancaq Ermənistan-İran dəmir yolu xətti layihəsinin ümumi dəyəri 3 mlrd. 200 mln. dollardır. Sanksiyalarla üz-üzə qalan iki ölkənin bu vəsaiti ödəməsi real görünmür. Xatırladaq ki, Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün 500 milyon dollar həcmində krediti məhz Azərbaycan dövləti ayırmışdı. İran öz ərazisində dəmir yollarını tikə bilmirsə, Ermənistan üçün əlavə xərc çəkməsi mümkünsüzdür. O cümlədən Rusiya da ona yük olan Ermənistan üçün niyə bu qədər maliyyə xərcləsin ki?

USA İrAn ile ilgili görsel sonucu

Bu mövzuda yeni xəbərlər gəlməkdədir. ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistan iqtisadiyyatını çökdürəcək. Bunu erməni alim Karen Veranyan deyib (teleqraf.com). Veranyan İrana qarşı artan beynəlxalq təzyiqlərin Ermənistanın daxili təhlükəsizliyinə mənfi təsir edəcəyini də bildirib: “Bunlar bölgədə və Ermənistanda sabitliyi poza biləcək addımlardır. Bu sanksiyaların xüsusilə də Ermənistan iqtisadiyyatına təsiri qaçılmaz olacaq. Ticarət dövriyyəsi kəskin şəkildə aşağı düşə bilər. Sanksiyalar İranın Ermənistandakı investisiyalarını təhlükə qarşısında qoyacaq. Ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq İran şirkətləri Ermənistandakı sərmayələrini də geri çəkə bilərlər”.

Erməni alim ABŞ prezidenti Donald Trampın sanksiya tətbiq edilən ölkələrin İranla əməkdaşlığına dair səsləndirdiyi fikirlərə də toxunub: “Əgər Nikol Paşinyanın başçılıq etdiyi hökumət ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, İranla əməkdaşlığı davam etdirsə, Ermənistanı hədəfə gətirəcək. Çünki təkcə İran yox, İranla əməkdaşlıq edən dövlətlər də ABŞ-ın hədəfindədir”.

USA Armenia ile ilgili görsel sonucu

Azərbaycanın nəhəng qonşularına qarşı təzyiqlərin növbəti dalğası gəlməkdədir. İranla bağlı sanksiyaların bir qismi artıq işə düşüb. Növbəti hücum isə payız aylarında olacaq. ABŞ-ın İrana qarşı sərt sanksiyalarının yenidən qüvvəyə minməsindən cəmi bir gün sonra bir qrup senator bu dəfə Rusiyaya qarşı qüvvədə olan sərt sanksiyaları daha da sərtləşdirmək üçün qanun layihəsini Konqresə təqdim edib. Virtualaz.org xəbər verir ki, qanun layihəsinin məzmunu barədə “Kommersant” yazıb. Sənəddə Rusiyanın “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanınması, habelə “bütün dünya boyu” prezident Vladimir Putinin pullarının axtarılıb dondurulması çağırışları yer alır. “Amerikanın təhlükəsizliyinin Kremlin təcavüzündən qorunması Aktı-2018" adlı layihənin müəllifləri senatorlar Lindsi Qrem, Robert Menendes, Kori Qardner və Ben Kardindir. Qəzet yazır ki, sənəd daha çox daxili siyasətə hesablanıb və Rusiyaya münasibətdə yumşaq davranmaqda günahlandırılan prezident Trampa ünvanlanıb.

USA sanctions ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, ABŞ-ın İrana qarşı sanksiyalarının yenilənməsi müsəlman qonşumuzun iqtisadiyyatına ciddi təsir edəcək: “Bu, həm iqtisadi, siyasi və hərbi cəhətdən təsir edən bir amilə çevrilə bilər. Əsas problem də ondan ibarətdir ki, sanksiyalara riayət olunmasa, bu genişmiqyaslı olmasa da, hətta hərbi müdaxiləyə də gətirib çıxara bilər. İran Hörmüz körfəzini bağlamağa cəhd edərsə, ABŞ buna qarşı aviasiyadan istifadə edə bilər. Bu isə regionda Səudiyyə Ərəbistanı və İsrailin də, necə deyərlər, çoxdankı arzusudur. Maraqlısı da odur ki, nüvə proqramı ilə bağlı tədqiqatların İran tərəfindən dayandırılacağı da inandırıcı görünmür. Baxmayaraq ki, Avropa bu sanksiyalara qoşulmaqdan imtina edir, ancaq ABŞ-la da konflikt yaratmaq fikrində deyil. Rusiya bundan çox narahatdır. Çünki İran bir çox məsələlərdə onunla strateji tərəfdaşlıq edir və nüvə proqramının həyata keçirilməsində Rusiyanin rolu danılmazdır. Buna görə də bəyanatla çıxış edir və sanksiyaların effekt verməyəcəyini bildirir. Vaşinqton bu ilin may ayında proqramı tərk edib, lakin Avropa birliyi bunu tənqid etsə də, konkret addımlar atmadı. BMT Təhlükəsizlik Şurasının qərarı kağız üzərində qalsa da, ABŞ buna məhəl qoymadı və fikrini proqramın davam etdirilməsi ilə izah etdi. Rusiya bunu həm də ABŞ-ın İranla siyasi haqq - hesabı kimi qələmə verdiyini bildirir, hətta İrana yardım edəcəyini bəyan edir”.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

A.Nağıyev bu situasiyanın Ermənistana və digər dövlətlərə təsirini qaçılmaz sayır: “Tramp birmənalı şəkildə bildirdi ki, hətta İranla biznes əlaqələri quran istənilən dövlətlə münasibətləri kəsilə bilər. Bu məsələ təbii ki, Rusiyaya və Ermənistana da aiddir. Baxmayaraq ki, Avropa bunu qeyri-legitim addım sayır, ancaq artıq neftin qiymətində fərq var, Türkiyədə dolların məzənnəsinin qalxmasının da bir səbəbi budur”.

Bu günlərdə Ermənistan hökumətinin Ağ Evə “xod” tapmaq istiqamətində canfəşanlıq etməsi diqqətdən yayınmır. Hətta ABŞ-dakı erməni lobbisi baş nazir Paşinyanla prezident Trampın görüşünü təşkil etməyin yollarını arayırlar. İrəvan bununla Qərbə inteqrasiya ilə bağlı seçimini etdiyini göstərməklə, İran və Rusiyaya qarşı dalğanın fəsadlarından özünü sığortalamağa çalışır. Paralel olaraq Ermənistanın NATO hərbi təlimlərində iştirak qərarı verməsi də Rusiyanın sərt reaksiyasına səbəb olub. Amma tarixən satmağa öyrəncəli olanların bu dəfə də özlərinin xilaskarlarına arxa çevirməsi təəccüb doğurmur.

Politoloq Arzu Nağıyev hesab edir ki, Rusiya Ermənistana yardım etməyə çalışacaq: “Lakin ABŞ başa düşür ki, Ermənistan və Rusiya həm hərbi, həm də siyasi-iqtisadi bloklarda təmsil olunurlar. Nə qədər ki, belə format var, ABŞ və Ermənistan arasında müəyyən maraqlar çərçivəsində əlaqələr olsa da, ciddi yaxınlıq inandırıcı görünmür”.

Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır. Bu sözləri isə axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. “Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır. Bu da özlüyündə Dağlıq Qarabağ məsələsinin həllini çətinləşdirir. Ancaq reallıqda ermənilər müharibədən çox ciddi şəkildə ehtiyat edirlər və bunun reallaşa biləcəyindən narahatdırlar. İrəvanın əsas marağı danışıqlar prosesinə dair hansısa gözləntilərin formalaşdırılmasından ibarətdir. Ermənistan Azərbaycanla real danışıqlara hazırdırsa, onda ilk növbədə öz daxili ictimaiyyəti üçün fərqli siqnallar, bəyanatlar verməlidir. Ancaq onların bəyanatları reallıqdan çox uzaqdır”, - T.Zülfüqarov bildirib.

Sabiq nazir hesab edir ki, hazırda dünyada baş verən geosiyasi proseslər də Dağlıq Qarabağ probleminin həllinin yubanmasına səbəb olur:

“İran problemi getdikdə daha da kəskinləşir, eyni zamanda Rusiyaya qarşı sanksiyalar və təzyiqlər də genişlənir. Bu fonda əlbəttə ki, regionda böyük nüfuza malik olan ölkələrin münaqişəli problemlərlə məşğul olmağa imkanları və həvəsi azalır. Erməniləri də narahat edən elə məhz bu məsələdir. Çünki onlar başa düşürlər ki, Rusiya artıq Ermənistana öz marağını itirir. Ona görə də öz işğalçı siyasətlərini hansısa şəkildə davam etdirməyin yollarının axtarışındadırlar. Bu da regionda olan ümumi böhranın bir örnəyi, versiyası kimi qəbul olunmalıdır. Əgər Ermənistan münaqişənin həllini istəyirsə, ilk növbədə onun təbliğatını dəyişməli, ictimaiyyətə populist şüarlar verməkdən vaz keçməlidir. Təəssüf ki, hələ bu baş vermir”.

Politoloq Hikmət Hacızadə ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a dedi ki, İran və Rusiyaya qarşı tətbiq olunan bu sanksiyalar Azərbaycanın xeyrinədir: “Çünki hər iki dövlət faktiki olaraq bizə qarşı düşmənçilik siyasəti yeridir. Üzdə dost olduğunu deyir, amma arxada Ermənistana dəstək verir. Təbii ki, bizim qonşulara qarşı sanksiyalar artdıqca Ermənistanın durumu pisləşəcək. Amma baxır hansı Ermənistanın. Bir var Serj Sərkisyanın Ermənistanı, bir də Paşinyanın. Baxaq görək Paşinyan nə edir. O, daha müstəqil siyasət yeritmək istəyir. Əgər müstəqil siyasət yürütsə, ölkəsində fərqli durum yarana bilər”. H.Hacızadə sanksiyaların Qarabağ məsələsində də müsbət təsir göstərəcəyi qənaətindədir: “Bu halda Qarabağ məsələsinin həlli bizimçün asanlaşacaq”.

 

Hər halda, bütün bunlar ümidlər və gözləntilərdir. Görünən budur ki, işğalçı ölkə çətin durumla üzbəüz qalıb. Qarabağın işğaldan azad olunması üçün tarixi fürsət yarana bilər. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da qəzetimizə müsahibəsində əminliklə demişdi ki, Rusiya onun üçün artıq yükə çevrilən Ermənistandan qurtulmaq istəyir. Əgər bu, baş versə, Azərbaycan üçün Qarabağı azad etmək, hərbi ekspertlərin dediyi kimi, 7-10 günlük məsələ ola bilər...

 

 

 






Fikirlər