Rusiya KİV-ləri azərbaycanlılarla RUSLARIN DOSTUĞU barədə

Rusiya KİV-ləri azərbaycanlılarla rusların dostluğu barədə

Bir neçə gün öncə Rusiyada dərc olunan məşhur "Ekspress-qazeta" tabloidində (elektron versiyası – eg.ru) Rusiya-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə kölgə salan təxribatçı məqalə işıq üzü görmüşdü.

Məqalədə tarixi faktlar kobud tərzdə təhrif edilmiş və Rusiya-Azərbaycan siyasi ittifaqına aşkar xələl gətirmək cəhdi sezilirdi.

Lakin bu gün qəzet təkzib verərək oxucularından üzr istəyib. Nəşr şərh üçün Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun başçısı, Milli Məclisin deputatı Əli Hüseynliyə müraciət edib.

"Azərbaycan-Rusiya: əsrlər boyu dostluq edirik" məqaləsi şəklində verilmiş təkzib bundan əvvəlki məqalənin tənqidi ilə başlayır.

Bildirilir ki, rus əhali müasir Azərbaycanın ərazisində iki əsrdən də çox zaman ərzində yaşayır. Onların bəziləri çar Rusiyası tərəfindən izlənilən insanlar olub və Azərbaycan torpağında sığınacaq taparaq, yerli əhali ilə həmişə dost və qardaş münasibətlərində olublar. Bu ənənə indi də davam edir.

Azərbaycana ikinci rus miqrasiyası dalğası XIX əsrin sonlarına – XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda neft sənayesinin sürətli inkişafı nəticəsində bura Rusiya İmperiyasından gənc mütəxəssislər gəldi.

Hazırda rəsmi statistikaya əsasən, ölkədə 120 min rus əhali yaşayır.

Artıq 25 ildir ki fəaliyyət göstərən və bir sıra yerli qeyri-hökumət təşkilatlarına malik rus diasporunun fəal vətəndaş mövqeyini də qeyd etmək lazımdır. Cənubi Qafqazda ən iri rus diasporuna Milli Məclisin deputatı Mixail Zabelin başçılıq edir.

Müstəqillik illərində Azərbaycanda bir dənə də olsun rus məktəbi bağlanmayıb. Hazırda ölkədə 300-dən çox məktəb tam rus dilində təhsil verir. Bütün ali məktəblərdə rus dilində fakültə mövcuddur. Bakıda Rusiyanın iki ali məktəbinin filialı fəaliyyət göstərir. 2000-ci ildə Prezident Heydər Əliyevin Fərmanı ilə Bakı Slavyan Universiteti təsis edilib. Rus dilində bir sıra kütləvi informasiya vasitələri fəaliyyət göstərir. (virtualaz.org)






Fikirlər