Ağdamda iki məmurun inanılmaz korrupsiya dosyesi – FAKTLAR

Ağdamda iki məmurun inanılmaz korrupsiya dosyesi – FAKTLAR Ağdamda iki məmur qara işlərindən çəkinmir. 2015-ci il fevralından rayondakı Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının İstismar İdarəsi birləşib Bu birləşmədən yaranan Mexaniki Suvarma İdarəsi iki korrupsioner məmurun əlində oyuncağa çevrilib.

Əməkhaqqı korrupsiyası

"AzerTaym.az" cumhuriyyet.az-a istinadən xəbər verir ki, Mexaniki Suvarma İdarəsinin müdiri vəzifəsinə Hafiz Əzimzadə, baş mühasib isə Teyyub Nəcəfov təyinat aldıqdan sonra idarə əsl korrupsiya yuvasına çevrilib.
Fevralda yaranan birləşmiş idarənin işçilərinə 2 ay əmək haqqı verilməyib. Hafiz Əzimzadə ilə Teyyub Nəcəfov işçilərə bildiriblər ki, iki idarənin birləşmə prosesi getdiyi üçün Meliorasiya və Su Təsərrüfatı ASC əmək haqqını hesaba köçürməyib. Əmək haqqının verilməməsi sırf korrupsiya əməlidir və göstərilən səbəb uydurmadır.
İdarələrin birləşdirildiyi vaxt və sonrakı iki ay müddətində bütün işçilərin əməkhaqqı Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən hesaba köçürülüb. Bir sözlə, işçilərin əmək haqqlarının 2 ay kəsilməsi Hafiz Əzimzadə ilə Teyyub Nəcəfovun şəxsi “oyunları” idi və onlar ümumilikdə bu əməliyyatdan ən azı 100 min manat qazancla çıxıblar.


Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının İstismar İdarəsi birləşəndə Teyyub Nəcəfovun Subartezan Quyularının İstismar İdarəsində şok maxinasiyası üzə çıxıb. Subartezan Quyularının İstismar İdarəsinin balansında olan artezanlar üçün ödəniləcək işıq pulu vəsaiti Ağdam Enerji İdarəsinə köçürülməyib. Həmin vəsait 2009-cu ildən üst-üstə yığılaraq 3 milyon manata çıxıb. Eyni zamanda Teyyub Nəcəfov su artezanlardan istifadə edən vətəndaşlardan vəsaitləri yetərincə yığıb. Amma idarə müdiri Ağdam Enerji İdarəsinin müdiri Zülfi Salahovla əlbir olaraq dövlətə keçirməli olan vəsaitləri mənimsəyib. İdarə müdirinin həmin vəsaitin bir hissəsini də Meliorsaiya və Su Təsərrüfatı ASC-dəki havadarına verdiyi və buna görədə Teyyub Nəcəfovun bağışlandığı deyilir.

Maraqlı məqamlardan biri də budur ki, Teyyub Nəcəfov fevraldan Mexaniki Suvarma İdarəsinin baş mühəndisi vəzifəsinə təyin olunandan bəri işə çıxmır. Baş mühəndis işə çıxmaya – çıxmaya hər ay əmək haqqısını almaqla dövlət vəsaitini mənimsəyərək, israfa yol verib.
Teyyub Nəcəfovun müalicə məqsədi ilə dəfələrlə İsrail dövlətinə gedib və aylarla bu ölkədə qalıb. Teyyub Nəcəfovun məzuniyyət götürməməsi və hər ay əmək haqqı alması isə hüquq-mühafizə orqanlarının araşdırma mövzusudur. Baş mühəndis İsrailə müalicəyə getməklə bərabər həm də bu neçə ayda istirahət edə bilib.
Görünür, Hafis Əzimzadə ilə Teyyub Nəcəfov Ağdam Mexaniki Suvarma İdarəsini şəxsi obyekti elan ediblər. İdarə müdiri həmin dövrdə 100 yaxın ölü can saxlayırdı. Hər ay bu ölü “can”ların hesabına 15 min manata yaxın dövlət vəsaitini oğurlayaraq mənimsəyirdi.
Buna misal olaraq Mahrızlı kənd sakini Əjdər adlı şəxsi və keçmiş sürücüsünün həyat yoldaını göstərmək olar. Teyyub Nəcəfov həmin şəxslərin adını idarənin işçi heyyətinə yazdıraraq uzun müddət onalrın adına əmək haqqı alıb. Keçmiş Subartezan Quyularının Sitismar İdarəsinin müdiri bu cür maxinasiyaalr hesabına özünə böyük sərvət yığıb.


Məlumata görə, Quzanlı qəsəbəsinin Kiçikli kəndində 200 hektara yaxın torpaq sahəsi, təsərrüfat və çoxlu sayda mal-qara məhz Teyyub Nəcəfova məxsusdur. Bundan başqa Quzanlı qəsəbəsinin mrəkzəindəki “Lider” restoranında baş mühəndisə aiddir. Teyyub Nəcəfovun Kiçikli kəndindəki fermasında bir neçə nəfərin işlətdiyi və onlarla heç bir əmək müqaviləsi bağlamadığı bildirilir. Bundan başqa keçmiş idarə müdiri özünün şəxsi təsərrüfatını dövlətdən gizlədərək bu neşə ildə vergi ödəməkdən yayınmışdı. Baş mühəndisə məxsus “Lider” restoranında isə 10 nəfərdən çox işçinin işləməsinə baxmayaraq onlarala heç bir əmək müqaviləsi ağlamayıb. Həmin restoranda gündəlik 400-700 manat arası gəlir olmasına baxmayaraq Teyyub Nəcəfov bunu on dəfə azaladaraq hər ay külli miqdarda dövlət vergisindən yayınır. Bundan başqa baş mühəndisin Bakı şəhərində Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında bir neçə bahalı mənzilinin olduğu deyilir.
Bildirək ki, Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafis əzimzadə ilə baş mühəndisi Teyyub Nəcəfovun keçmişdə və indi həyata keçirtdikləri bir çox qaranlıq maliyyə maxinasiyaları yaxın günlərdə təfsialtı ilə oxucularımzıa çatdırcağıq.

P.S. Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq
.






Fikirlər