31.07.2014- Beyləqan meşələri şəxsi obyektə çevrilib
Məlumatda bildirilir ki, Beyləqan Meşə Mühafizəsi və Bərpası İdarəsinin müdiri rayon meşələrindəki torpaq sahələrində yonca əkdirib. İdarə müdirinin 100 hektara yaxın yonca sahəsi olduğu və yay aylarında bu sahələrdən 50 min manata yaxın qazanc əldə etdiyi qeyd olunur.
Həmçinin saytımızın elektron poçtuna daxil olan məlumatda bildirilir ki, Novruz Alıkərimov rayonun Əlnəzərli kəndi ətrafında yerləşən meşə massivinin böyük bir hissəsini qeyri qanuni olaraq sahibkarlara arendaya verib. Arendaya verilən meşə əraziləri isə məcburi köçkünlərin adına yazdırılıb. Guya ki, ərazidə köçkünlər məskunlaşıb. Halbuki məcburi köçkünlərin Beyləqan şəhər və Daşburun qəsəbəsi yolunda məskunlaşıblar.
Məlumatda o da qeyd olunur ki, Novruz Alıkərimov rayon meşə təsərrüfatından əldə etdiyi yüz min manatlar sayəsində Baki şəhərində Binəqədi rayonu Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında yeni tikilən binada oğlanlarına qarı-qapıya iki mənzillər alıb. İdarə müdiri həmin 2 mənzili 250 min manatdan artıq qiymətə aldığı bildirilir. Bundan başqa Novruz Alıkərimov yaşadığı Qəhrəmanlı qəsəbəsində özünə məxsus fermasında balıqçılıq gölü və bordaq təsərrüfatı yaradıb. İdarə müdiri yaşadığı kənddə 50 hektardan çox ərazi alıb və böyük heyvandarlqı təsərüfatı qurub.
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.