Nazirliyin yüksək çinli zabitləri həbs edildi - Prezident işi nəzarətə götürdü

Nazirliyin yüksək çinli zabitləri həbs edildi - Prezident işi nəzarətə götürdüBaş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər.


"AzerTaym.az"-n bildirdiyinə görə, bu barədə haqqin.az etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Səbail məhkəməsi həmin şəxslər haqqında həbs qətimkan tədbiri seçib. Baş hərbi müfəttişliyin əməkdaşlarının korrupsiyada ittiham olunduqları bildirilir.

Haqqın.az saytı həmin saxlanılan yüksək vəzifəli şəxslərin adlarını bilsə də, dəfələrlə müraciət etmələrinə baxmayaraq, Baş Prokurorluq həmin şəxslərin adlarını açıqlamayıb.

Həbslə bağlı ölkə prezidenti İlham Əliyev də məlumatlandırılıb və korrupsiya qalmaqalının araşdırılması dövlət başçısının nəzarətindədir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur.

O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib.






Fikirlər