TİKİNTİ MAQNATI ŞƏRURLU İSFƏNDİYAR daha 14 sakinə “ATDI...”

Related image

Bir il əvvəl virtualaz.org tikinti maqnatı, ölkədə daha çox Şərurlu İsfəndiyar kimi məşhur olan İsfəndiyar Axundovun fırıldaqlarından bəhs etmişdi. Böyük kapitala malik olaraq, o heç vaxt dayana bilmir və öz çoxsaylı MMC, MTK-ları və partnyor-şəriklərinin köməyi ilə alıcılarını qarət etməkdə davam edir.

Bu tikinti maqnatının firmaları və firmacıqları Bakıda onlarla bina ucaldıb və heç biri də qalmaqalsız və məhkəmə təhqiqatları olmadan ötüşməyib. Bizim əvvəlki yazılarımızda inşaatşıların vergi orqanları ilə şəxsi fikir ayrılıqlarına görə mənzillərin özəlləşdirməsinə, hansı ki, insanlar onun üçün pulu nəinki ödəmişdilər, hətta çoxdan orada yaşayırdılar, necə mane olunmasından bəhs olunurdu. Amma Şərurlunun MTK-sı təmir, abadlıq və başqa hiylələrlə öz mülkiyyətçilərindən daim pul qırpır. Qeyd edək ki, aradan bir il keçsə də, onlar hələ də öz evlərinə mülk kağızı ala bilməyiblər.

 

Şarurlunun və şirkətlərinin daha bir qazanc üsulu var –uydurulmuş hər hansı bəhanə ilə artıq praktik olaraq hazır, haqqı ödənilmiş mənzilləri onların əlindən almaq, özü də pullarını qaytarmadan. Təbii, aldadılan əmanətçilər məhkəmələrə müraciət edirlər, amma İsfəndiyar oradakılarla da “dil tapır”.

Image result for şərurlu isfəndiyar kimdir

Bakı sakini Tariyel Seyidov və yaşayış binasının tikintisinə sərmayə qoyan daha bir neçə vətəndaş məhz bu cür fırıldaqçılığın qurbanı olublar. Necə olubsa, məskunlaşmadan az əvvəl mənzillər Şərurlunun qardaşı oğlu Eldəniz Axundovun adına yenidən qeydiyyatdan keçirilib. Məhkəməyə müraciət etmək, həmişəki kimi, kömək etməyib – məhkəmələr E. Axundovun həmin 14 mənzilə hüququnu tanıyaraq, bu soyğunu qanuniləşdiriblər.

Aldadılmış investorların virtualaz.org-a yazdıqları kimi, indi ev inşa edən və mənzil satan Hom-Paş Prestij MTK ilə Azərbaycanın baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məşğul olur.

Amma ümidini itirmiş insanlar artıq bu işin ədalətlə nəticələnəcəyinə inanmırlar. Baxmayaraq ki, dələduz təşkilatkarla danışmağın çəmini yaxşı bilən E. Axundov and-aman edib ki, mənimsənilən mənzillərə görə heç nə ödəməyib…

O, hakimləri aldatmağı necə bacarıb? Yaxud bəlkə ən yüksək məhkəmə instansiyasında E.Axundovda özünün elan etdiyi mənzillərə dair sənədlərin ölmamasını gözdən qaçırıblar?

“Ev tikiləcəyini gözləyə-gözləyə mənim ailəm, üç uşaqla birgə bir neçə il kirayə mənzillərdə yaşamaq məcburiyyətində qaldı. Və budur, nəhayət ev hazırdır, amma bizə orada yer yoxdur. Və heç kəs bizim pulumuzu da qaytarmağa hazırlaşmır”, – deyə T.Seyidov bildirir.

Yeri gəlmişkən, Hom-Paş Prestij-ə Şərurlunun, öz fırıldaqları ilə məşhur olan türk əsilli partnyoru Hikmət Yqiddel rəhbərlik edir. Hər iki tikinti tərəfdaşı məhkəmə çəkişmələrində bərkimiş fırıldaqçıdır. Baxmayaraq ki, aldadılmış vətəndaşlar KİV-lərə və məhkəmələrə kütləvi müraciətlər edirlər, onlar bütün proseslərdə daim qalib gəlirlər.

Cəzasızlıq isə, məlum olduğu kimi, yeni qanunsuz hərəkətləri yalnız stimullaşdırır.

Hərçənd, milyonlara malik ola-ola, onilliklərlə yeni mənzil almaq üçün pul yığmış vətəndaşları qarət etmək, təkcə küfr deyil, həm də qanunu və insanları ələ salmaqdır.

Redaksiyamızın əməkdaşı Şərurlu İsfəndiyar-Axundovla danışmağa cəhd edib. Maqnat isə ağa kobudluğu ilə ona özünün “Hollivud” restoranına gəlməyi təklif edib: yəni oturaq, anlaşaq…

Related image






Fikirlər