Şoumenin iqtisadi dərdləri: Ukrayna prezidenti Zelenski vətəndaşın üzünü güldürə biləcəkmi?
Ukrayna Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, 21 aprel seçkisində verilən səslərin 95 faizi sayılıb. Səslərin 72,19 faizini Vladimir Zelenski (12, 809 498 səs), 24,48 faizi isə (4, 285 295 səs) indiki dövlət başçısı Petro Poroşenko toplayıb. Səsverməyə seçicilərin 62,07 faizi gəlib. MSK son nəticələrin aprelin 30-da açıqlanacağını bildirir. Exit-poll nəticələri Mərkəzi Seçki Komissiyasının nəticələri ilə üst-üstə düşüb. Bundan başqa, həm müstəqil, həm dövlət sayım qurumların 21 aprel seçkisində seçkinin martın 30-da keçirilən birinci turundan daha az qanun pozuntusu olduğunu bildirib. Rəsmi xəbərlərə görə, bülletenlərin 2 faizi etibarsız sayılıb. Etibarsız sayılan belletenlərdə seçicilər siyasətə etiraz edib, şəkil çəkib, ayrı-ayrı namizədlər haqqında fikrilərini yazıblar. Ukraynalıların sosial şəbəkə üzərindən yeni prezidentə ünvanladıqları təbrik mürazciətlərində onların əsasən Zelenskidən təcili iqtisadi islahatlar gözlədiyi aydın olub. Vətəndaşlar Ukayna qrivnasının möhkəmlənməsi, sosial problemlərin çözümü üçün təcili addımlar atılmasını tələb edirlər. Ekspertlər bildirir ki, bu tələblərin əslində şoumen-prezident Zelenskiyə deyil, onun aid olduğu dünənə qədər müxalifətdəki qrupun başçısı milyarder İqor Kolomoyskiyə ünvanlandırğı aydındır. Çünki heç bir iqtisadi proqramı olmayan və hakimiyyətə yalnız Petro Poroşenkoya narazılıq üzərində gələn Zelenskinin iqtisadiyyatı dirçəltmək iqtidarından olmadığını hər kəs bilir. İqor Kolomoyskiyə gəlincə, onun yaxın günlərdə Ukraynaya dönəcəyi gözlənilir. Oliqarxlar savaşında Ukraynanı tərk edən Kolomoyski bir müddət öncə Vladimir Zelenski prezident seçilsə, ölkəyə gələcəyini demişdi. Böyük ehtimalla o, bir zaman sahib olduğu “Privatbank”la bağlı məhkəmə çəkişməsindən qalib çıxacaq. Petro Poroşenkonun prezidentliyi dönəmində məhkəmə bankın milliləşdirilməsi haqqında qərar çıxarmışdı. Bankı adı çirkli pulların yuyulmasında hallanırdı. Ukraynanın yeni ilk prezidentini təbrik edənlər sırasında ABŞ prezidenti Donald Tramp da var. O, ABŞ-ın Ukraynanın dirçəlişi yolunda yeni prezidentə uğurlar arzulayıb. Avropa Birliyinin baş katibi Torbörn Yaqland təbrik məktubunda. Ukraynanın yeni prezidenti ilə əməkdaşlıqdan böyük gözləntiləri olduğunu yazıb: “Vladimir Zelenskini seçkidəki qələbəsi münasibətilə təbrik edirəm. Ukrayna Avropa Birliyinin dəyərli üzvlərindəndir. Biz islahatlar, xüsusən sanballı, nüfuzlu məhkəmə sisteminin qurulması üzrə əməkdaşlığımızı davam etdirəcəyimizə ümidliyəm”. Yeni prezidenti təbrik edənlər sırasında II Maydanda xalqa qarşı silah işlətdiyi üçün eks-prezidentlik statusundan məhrub edirlən Viktor Yanukoviç də var. Yanukoviç ukraynalıların bu gərgin tarixi dönəmdə prezidentlik kürsüs ünü ona tapşırdıqları üçün Zelenskini təbrik edib: “Barışçı Ukrayna qalqı heç zaman olmadı kimi bölünüb və radikallaşdırılıb. Mənim doğma Donbasımda hər gün davam edən qardaş savaşı canlar almaqda və bir zamanlar çiçəklənən məmləkəti məhv etməkdədir. Bu dəhşətli əzabların məsuliyyəti indiki prezident və onun tərəfdarlarının üzərindədir. Heç bir pravokasiya və yalanlara uymayıb müdrik qərar verib doğru seçim edən Ukrayna xalqının qarşısında ehtiramla baş əyirəm”. Bu arada Poroşenkonun Ukraynadan didərgin saldığı və Hollandiyada yaşayan Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilinin yaxın saatlarda Kiyevə qayıdacağı xəbərləri yayılıb. Poroşenkoya qarşı vəzifədən sui-istifadə, dövlət vəsaitlərini istiqaməti üzrə xərcləməmə kimi saysız ittihamlar irəli sürülən Saakavlinin yeni oliqarx komandası ilə necə keçinəcəyi yaxın zamanlarda yadınlaşacaq. Bəzi ekspertlər prezident Zelenskinin ona yüksək post təklif edəcəyi ehtimalını irəli sürsə də, bu fikirləri real saymayanlar da çoxdur. Vladimir Zelenskinin önündəki ən ciddi vəzifə Rusiyanın başlatdığı savaşı bitirərək ölkənin bütövlüyünü təmin etməkdir. Bu baş vermədən ölkədə hər hansı iqtisadi dirçəlişdən, qrivnanın möhkəmlənməsindən danışmaq yersizdir. Çünki, Ukraynanın sənaye sahələri məhz bu gün Rusiyadan idarə olunan Kiyevə tabe olmayan separatçıların nəzarət etdiyi bölgələrdədir. Şoumen prezidenti çətinə sala biləcək digər məqam Ali Radadır. Onun parlamentlə dil tapıb-tapmaycağı böyük sual altındadır, çünki, Radanın 2/3 hissəsi keçmiş prezident Poroşenkonun tərəfdarlarıdır. Məğlubiyyəti bəlli olduqdan sonra Poroşenkonun siyasətdən getməyəcəyini deməsi, onun və komandasının payızdakı parlament seçkilərinə ciddi hazırlaşacağından xəbər verir. Əgər, Kolomoyski Ali Radada çoxluğu təmin edə bilməsə, yeni prezident Zelenski üçün ölkəni idarə etmək xeyli çətinləşə bilər. Ukrayna Konstitusiyasında görə prezidentin səlahiyyətləri o qədər də geniş deyil. O, milli təhlükəsizlik, xarici siyasət məsələləsini, qismən də məhkəmə hakimiyyətini idarə edir. Prezidentin Ali Radanın qərarlarına veto qoymaq hüququ da var. Dövlət başçısı qanunvericilik təşəbbüsü ilə çıxış edə, öz fraksiyası ilə Ali Rada seçkisindən sonra hökumətin formalaşdırılmasında iştirk edə bilər. Odur ki, iqtisadiyyatın idarəedilməsini həyata keçirən hökumətin formalaşdırılmasında iştirak üçün Vladimir Zelenski parlament seçkini də qazanmalıdır. (musavat.com)