Faqi Ağayev və Murad Dadaşov ATV-də bədii şura üzvü oldu
Azərbaycan Dövlət Televiziyasından sonra ATV-də də bədii şura yaradılıb. Musavat.com xəbər verir ki, bu haqda sosial şəbəkədə xalq artisti Faiq Ağayev məlumat verib. O bildirib ki, artıq şuranın ilk iclası keçirilib: "ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış problemlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi. Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm. F. Ağayevdən başqa xalq artisti Murad Dadaşov da Bədii Şuranın üzvü seçilib. O iclas zamanı çəkilən fotonu şəxsi hesabında paylaşıb.
Xeyirlisi, inşallah".