Sabah Novruz Məmmədov İSTEFA VERƏCƏK
Azərbaycanın Baş naziri Novruz Məmmədov istefa verəcək. Xatırladaq ki, 21 aprel 2018-ci il tarixindən N. Məmmədov Azərbaycan Respublikasının Baş Naziridir.
"AzerTaym.az" bildirir ki,Unikal.org-un əldə etdiyi məlumata görə, oktyabrın 8-də N. Məmmədov bununla bağlı istefa ərizəsi yazaraq tutduğu postu tərk edəcək.
Onun yerinə isə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Əli Əsədov təyin olunacaq.