Azərbaycanla Türkiyənin FƏRQİ: “Barış pınarı” və Qarabağda ANTİTERROR ƏMƏLİYYATI

Картинки по запросу AZƏRBAYCAN ANTİTERROR MÜHARİBƏSİ

Azərbaycanın Qarabağda anti-terror əməliyyatı həyata keçirməsi, Türkiyənin Suriyada keçirdiyi əməliyyatdan daha asandır”

"AzerTaym.az" bildirir ki,bu fikirləri yeniçağ.az-a açıqlamasında Türkiyənin beynəlxalq təzyiqlərə baxmayaraq, Suriyada “Barış pınarı” əməliyyatına başlaması fonunda Azərbaycanın Qaarabağda mümkün antiterror əməliyyatı keçirmək imkanlarını dəyərləndirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, Türkiyənin beynəlxalq təzyiqlərdən çəkinməyərək, “Barış pınarı” əməliyyatına başlaması Azərbaycan üçün özünəməxsus nümunədir:

Türkiyə Suriyanın şimalındakı terror yuvalarını dağıtmaq üçün əməliyyat keçirəcəyini bəyan etdi, hazırlıqlarını gördü və konkret hərəkətə keçdi. Ankara onun bu addımını qınayanlara birmənalı cavab verdi ki, Suriyanın ərazi bütövlüüyünü tanıyır, ancaq onuyn ərazisindəki terrorçuları zərərsizləşdirməlidir.

Yəni Türkiyə ABŞ və başqa dövlətlərin təzyiqlərinə baxmayaraq, iradə nümayşi etdirdi və əməliyyata başladı.

Azərbaycan isə beynəlxalq hüquq nöqteyi-nəzərindən əlverişli vəziyyətdə olmasına rəğmən, ərazi bütövlüyünün bərpası istiqamətində təsirli addımlar atmır.
Qarabağda hərbi əməliyyatlar həyata keçirmək üçün dövləti və xalqı səfərbər etmək lazımdır.

Azərbaycanla Türkiyənin fərqi ondadır ki, Azərbaycan daha əlverişli imkanlara malikdir, ancaq nədənsə, hərəkətə keçmir. Xatırlayırsız, Tramp Türkiyəni necə hədələyirdi… Ancaq BMT Təhlükəsizlik Şurasında Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə dair qərara ABŞ və Rusiya veto qoydu.

Buna deyirlər, gücün hüququ, hüququn gücü yox. Azərbaycanda isə hüququn gücü olsa da, güc göstərmir. Görünür, beynəlxalq təzyiqlər bu addımı atmağa hələ imkan vermir”.






Fikirlər