“BMT-nin Türkiyəyə etirazı əsassızdır”
Rövşən Rzayev: “Öz təhlükəsizliyini təmin etmək Türkiyənin ən təbii haqqıdır” Məlum olduğu kimi, Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı BMT tərəfindən etirazla qarşılanıb. Məlum əməliyyatı qanunsuz adlandıran BMT, bunun beynəlxalq hüquqa zidd olduğunu vurğualyıb. Maraqlıdır, həqiqətənmi Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədi ilə gerçəkləşdirdiyi bu əməliyyat beynəlxalq hüquqla ziddiyyət təşkil edir? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev BMT-nin bu etirazının əbəs olduğunu qeyd etdi: “BMT-nin Türkiyəyə yönəlik bu etirazı əsassızdır. Çünki öz təhlükəsizliyini təmin etmək Türkiyənin ən təbii haqqıdır və bu gün Türkiyə bu haqdan istifadə edərək Suriyada anti-terror əməliyyatları aparır. Öz təhlükəsizliyini təmin etdiyinə görə Türkiyəni ittiham etmək doğru deyil. Yaxşı olardı ki, BMT qəbul etdiyi, fəqət hələ də icra edilməyən qətnamələrin icrasının qayğısına qalsın. Bu istiqamətdə əməli addımlar atsın. Bu, beynəlxalq hüququn, ədalətin öz yerini tapması baxımından daha zəruridir”.