Milli Məclisdə MÜBAHİSƏ: “Bura SELFİ çəkdirmək yeri DEYİL”

Image result for ziyafət əsgərov fazil mustafa

Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib.
"AzerTaym.az" bildirir ki,modern.az-ın xəbərinə görə, birinci vitse-spiker deyib ki, bütün millət vəkillərinin çıxışları, səsləri Milli Məclisin iclasında yazılır.
Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır. Həm də deyir ki, müxalifət iqtidarı ciddi tənqid edirsə, buna dözmək lazımdır. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur ki?”.
Z.Əsgərovun sözlərinə görə, Fazil Mustafa o deputatlardandır ki, televiziyaların efirindədir. “Bütün günü sosial şəbəkələrdədir”,-deyə o əlavə edib.






Fikirlər