Prezident iki icra başçısı təyin etdi, birini işdən ÇIXARTDI

Prezidentdən Əziz Əzizovla bağlı SƏRƏNCAM – YENİ TƏYİNAT

Prezident İlham Əliyev Mərdan Talıb oğlu Camalovu Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
"AzerTaym.az" bildirir ki, dövlət başçısı Mərdan Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə bağlı sərəncam da imzalayıb. Digər sərəncamla Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
***
Prezidentin digər sərəncamı ilə İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"AzerTaym.az" xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

"Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

**

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.






Fikirlər