Trampla Ərdoğanın Ağ Evdəki görüşü BİTDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın Ağ Evdəki təkbətək görüşü başa çatıb. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 1 saat 15 dəqiqəlik görüşdə əsasən Suriya məsələsi müzakirə olunub. Tramp sərhəddə görülən işlərdən dolayı Ərdoğana təşəkkür edib: “Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyə-Suriya sərhədində etdiklərinə görə təşəkkürümü bildirirəm. Kürdlərlə danışıqlar aparırıq, çox məmnundurlar. Türkiyə ilə YPG-nin problemini başa düşürəm. Bölgədə Türkiyədən bir çox insan öldü. Buna görə də nəsə etmək məcburiyyətindəyik. Bu, birtərəfli yol deyil”. Prezidentlər birgə mətbuat konfransı keçirəcəklərini və lazımi açıqlamalar verəcəklərini bildiriblər.