ABŞ və Rusiyadan Ermənistana qoşa şapalaq: İrəvana İKİ BƏD XƏBƏR

Ərdoğan-Tramp görüşündən dərhal sonra saxta soyqırımı məsələsi Senatda bloklandı; Rusiyada isə deputat nasist əlaltısı Njdenin barelyefini təhqir etdi - “iki od” arasında oynayan Ermənistan dişsiz etiraz bəyanatı yaydı...

Hazırda dünya siyasi gündəminin aparıcı mövzularından biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a təzəcə başa çatan səfəridir. Səfər çərçivəsində Ərdoğan amerikalı həmkarı Donald Trampla 1 saat yarım ərzində müzakirə apardı. İkitərəfli münasibətlərin bundan sonrakı perspektivi, o cümlədən Yaxın Şərq (Suriya) hadisələri və Ankara-Moskva əlaqələri fonunda müzakirə edildi. Qısası, prezidentlər olduqca mürəkkəb bir dönəmdə “saat əqrəbləri”ni tutuşdurdular.

Bir çox təhlilçilər Ərdoğanın Amerika səfərini uğurlu hesab edirlər. İki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara qaldırmaqla bağlı ABŞ tərəfinin təklifi də bunun təzahürü sayılır. Yekin nəticəni isə, yəqin ki, bir qədər gözləmək lazım gələcək. Ancaq bəzi qənaətlərin altını artıq indidən cızmaq olar - özü də Ermənistan və erməni lobbisinin açıq-aşkar ziyanına olan qənaətlərin. 

*****

ABŞ Konqresinin yuxarı palatası olan Senatda ile ilgili görsel sonucu

Məsələn, Ərdoğan-Tramp görüşündən dərhal sonra bəlli oldu ki, ABŞ Konqresinin yuxarı palatası olan Senatda “erməni soyqırımı” qətnaməsinə baxılması bloklanıb. Bu addımı ABŞ Senatı Hüquq Komitəsinin sədri Lindsi Qrem Ərdoğanla görüşdən sonra atıb. Belə ki, Qrem senatorun bütün palata tərəfindən qəbul olunan qətnaməni blok edə bilmək hüququndan istifadə edib. Sitat: “Mən elə indicə prezident Ərdoğanla görüşdüm. Ümid edirəm ki, Türkiyə və Ermənistan birlikdə bu problemi həll edə biləcəklər”, - deyə senator vurğulayıb.

Lindsi Qrem onu da əlavə edib ki, qətnaməni keçmişə deyil, gələcəyə görə bloklayır. Bundan əvvəl demokrat senator Bob Menendez onu Senatda nəzərdən keçirməyi təklif etmişdi. Beləcə, saxta soyqırımı məsələsi Ankara və İrəvanın öhdəsinə buraxılmaqla gündəmdən faktiki çıxarılır. Siyasətçilərin deyil, tarixçilərin öhdəsinə verilir. Tarixi sənəd-faktlar, arxivlər isə bəllidir ki, erməni yalanlarına qarşıdır.

Lindsi Qrem ile ilgili görsel sonucu

Qeyd edək ki, Ərdoğan ABŞ səfəri zamanı Nümayəndələr Palatasının qərarını iki ölkə əlaqələrinə kölgə saldığını bildirmişdi...       

*****

Sözsüz ki, Türkiyə-ABŞ münasibətlərinin “qırılma nöqtəsi”ndən uzaqlaşması ən çox Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları ilə yaşayan ermənilərə sərf eləmir. Ankara və Vaşinqtonun NATO üzrə müttəfiqlər olaraq, qarşılıqlı anlaşma mühitində əlaqələri inkişaf etdirmək istəməsi Ermənistanı, ABŞ-dakı erməni lobbisini rahatsız etməyə bilməz. Hərgah, işğalçı Ermənistan ABŞ-ın əsas geosiyasi rəqibi olan Rusiyanın peyki, bölgədəki əsas hərbi qalası olaraq qalır və regionda birbaşa ABŞ maraqlarının əleyhinə olan bu statusdan “qərbyönlü” Nikol Paşinyan belə, imtina eləməyə hazırlaşmır.

Sergey Lavrov ile ilgili görsel sonucu

Keçən həftə Paşinyanın İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra verdiyi bəyanatlar buna bir daha heç bir şübhə yeri saxlamadı. Əksinə, məlum oldu ki, prezident Vladimir Putinin gələn il Ermənistana rəsmi dövlət səfəri çərçivəsində Gümrüdəki 102 saylı rus hərbi bazasının qalma müddəti daha 10 il uzadılacaq. Erməni nəşri “Jamanak”ın yazdığına görə, imzalanacaq ikitərəfli dövlətlərarası müqavilə bazanın hərbi gücünün artırılmasını da özündə ehtiva edəcək.

Gümrü hərbi bazası ile ilgili görsel sonucu

Xatırladaq ki, Gümrü hərbi bazası ilə bağlı müqavilə 1995-ci ildə 25 illiyə bağlanıb və 2010-cu ildə 2044-cü ilədək (50 illiyə) uzadılıb. Gələn il daha 10 il uzadılarsa, bu, o demək olacaq ki, Ermənistan 2054-cü ilədək Rusiyanın vassalı olacaq. Demək, ABŞ-ın onu Moskvanın əlindən alması daha da çətinləşəcək.

İndi belə bir marionet ölkənin, Kremlə müti olan ermənilərin uydurma iddiası əsasında Türkiyə kimi bir dövlətlə, supergüclə, nəhayət, regionda vazkeçilməz bir tərəfdaşla əlaqələrini dalana soxmağa dəyərmi? Əlbəttə, dəyməz. Bu mənada əksər analitiklər artıq əminlik ifadə eləməyə başlayıblar ki, saxta soyqırımı sənədi elə Nümayəndələr Palatasında da qalacaq və Senatda təsdiqlənməyəcək. Yəni ermənilərin arzusu yenə gözlərində qalacaq...                               

*****

Maraqlıdır ki, təxminən eyni vaxtda Ermənistan 1 nömrəli müttəfiqi Rusiyadan da siyasi şapalaq yeyib. Belə ki, Lavrov İrəvanı tərk edər-etməz, Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti və nasist əlaltısı Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsi təhqir edilib. Özü də bunu kim etsə yaxşıdır? Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov. O, lövhənin üzərinə boya töküb.

Deputat öz hərəkətini belə izah edib: “Hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi. Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”.

“Yeni Müsavat” xatırladır ki, hazırda paytaxt İrəvan da daxil, Ermənistanın 3 şəhərində Njdenin heykəli var. Rusiyadan, Azərbaycandan, digər MDB ölkələrindən səslənən haqlı etirazlara baxmayaraq, Nikol Paşinyan hələ Serj Sərkisyan dönəmində qəhrəmanlaşdırılan faşist əlaltısının abidələrini sökməyə hazırlaşmır. Tərsinə, onu ermənilərin milli qəhrəmanı kimi təqdim və təbliğ edir.

Hələ harasıdır, Armavir olayı ilə bağlı Ermənistanın Moskvadakı səfirliyi etiraz bəyanatı yayaraq, hadisəni “erməni-rus əlaqələrinin ruhuna uyğun gəlməyən vandalist akt və millətlərarası gərginliyə gətirəcək hərəkət” kimi qiymətləndirib. “Xüsusi qeyd edirik ki, bu hadisə həm Ermənistanda, həm də Rusiyadakı çoxsaylı həmvətənlərimizdə narahatlıq yaradıb. Biz şəhər hökumətini baş verən hadisəyə müvafiq qiymət verməyə çağırırıq. Olay diplomatik nümayəndəliyin diqqətində olacaq” - səfirlik bildirib.

Əlbəttə ki, bu etiraz “qara qəpiyə” də dəyməyəcək. Əsas səbəb yuxarıda deyildi - Ermənistanın Rusiyanın vassalı olması faktı. İkinci səbəb odur ki, Qaregin Njdeyə neqativ münasibət elə aylar öncə Rusiya XİN-in 2-ci Dünya müharibəsinin nəticələri və faşizm simvollarını qəhrəmanlaşdırmağın yolverilməzliyi haqda hazırladığı geniş hesabatda əskini tapıb. Moskvadakı Ermənistan səfiri onu bir daha oxusa, yaxşı olar...






Fikirlər