ABŞ 1 milyarda yaxın insanın həyatına son qoydu – Qorxunc statistika
ABŞ 2001-ci il sentyabrın 11-də baş verən terror aktından sonra müharibə və hərbi əməliyyatlara 6 trilyon dollar maddi vəsait xərcləyib. Teleqraf.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin ayrı-ayrı ölkələrdə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 800 min insan həyatını itirib. Hesabata görə, xərclərin 1 trilyon dolları hökumətin hərbçilərin maaşları üçün ayırdığı vəsaitlər təşkil edib.
Amerikanın Vatson İnstitutu və Brovn Universiteti Pentaqonun 11 Sentyabr terrorundan sonrakı fəaliyyətinə dair araşdırma aparıb.
Hesabata Əfqanıstan, Pakistan, İraq, Suriya, Yəmən və digər ölkələrdə həyata keçirilən əməliyyatlar daxildir.
Bu əməliyyatlarda təkcə İraqda 184-207 min mülki insan həyatını itirib. Ən çox amerikalı hərbçinin həlak olduğu ölkə də İraqdır. Bütün əməliyyatlarda həlak olan mülki insanların sayı isə 312-335 mindir.