Zakir Həsənovun Oyunları erməniləri təşvişə saldı

 

ZAKIR-HESENOV-1Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfini silahlı qüvvələrə nəzarətə dair müqaviləni pozmaqda ittiham edib, səbəb Azərbaycanda komanda-qərargah təlimlərinin keçirilməsidir, oxu.az RİA Novosti-yə istinadən xəbər verir.
Azərbaycan Silahlı Qüvvələrinin bazar günü başlayan və sentyabrın 13-nə kimi davam edəcək təlimlərinə 65 min hərbçi, 700 ədəd zirehli texnika, 500-dən çox raket və artilleriya qurğuları, 40 təyyarə və helikopter cəlb edilib.
“ATƏT çərçivəsində Azərbaycan və Ermənistanın daxil olduğu silahlı qüvvələrə nəzarətə dair beynəlxalq müqavilələr təlimlərə nəzarət mexanizmini nəzərə alır”, – bazar ertəsi Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan bəyan edib.
Onun sözlərinə görə, 2011-ci il Vyana sazişində müəyyən edilib ki, quru qoşunlarının iştirakı ilə keçirilən təlimlər barədə, əgər bu təlimlərdə ən azı 9 min adam və ya 250 hərbi tank, 500 hərbi zirehli maşın, 250 özüyeriyən və ya qoşmalı artilleriya silahı, minaatan və yaylım atəş reaktiv sistemləri (kalibri 100 mm-dən yuxarı olan) cəlb edilibsə, üzv ölkələr qalan dövlətləri xəbərdar etməlidir.
Bununla yanaşı, əgər bu təlimlər ötən ilin planı üzrə nəzərdə tutulmayıbsa, o zaman xəbərdarlıq ən azı 42 gün öncə edilməlidir.
“Məlumat vermək istərdim ki, “İldırım-2015” (Ermənistanda sentyabrın 3-6-da keçirilib) və “Pozulmaz qardaşlıq 2015” (Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının sülhməramlı qüvvələrinin kollektiv təlimi Ermənistanda sentyabrın 28-dən oktyabrın 4-nə qədər keçiriləcək) təlimləri bu kvotaları pozmur, buna baxmayaraq şəffaflığı və qarşılıqlı inamı təmin etmək məqsədi ilə onlar barədə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının prosedurlarına müvafiq olaraq bəyanat verilmişdi”, – Tonoyan bildirib və elan edilən rəqəmlərə baxılarsa Azərbaycanda keçirilən təlimlər barədə əvvəlcədən xəbər verilməsi lazım olduğu halda bunun edilmədiyini əlavə edib.

 

Zakir Həsənovun Oyunları erməniləri təşvişə saldı






Fikirlər