Xorvatiyada səsvermə başa çatdı - YENİLƏNİB

Xorvatiyada səsvermə başa çatdı

Bu gün Xorvatiyada prezident seçkilərinin ikinci mərhələsi keçirilir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə respublikanın Dövlət Seçki Komissiyasından məlumat verilib.

Dövlət başçısı postu uğrunda hazırkı Prezident Kolinda Qrabar-Kitaroviç və müxalif Sosial-demokrat Partiyasının lideri, sabiq Baş Nazir Zoran Milanoviç mübarizə aparırlar.

3 milyon 855 min seçki hüququna malik şəxs 6,5 mindən çox məntəqədə səs verəcək. Səsverməni 24 mindən çox yerli və xarici müşahidəçilər izləyir. Məntəqələr saat 07:00-dan 19:00-dək açıqdır.

Xatırladaq ki, seçkilərin birinci mərhələsində 11 namizəd iştirak etmişdi.

**

**

Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci mərhələsinin səsverməsi başa çatıb. “Qafqazinfo”nun “TASS” agentliyinə istinadən məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) bağlanıb.

Artıq səslərin hesablanmasına başlanılıb.






Fikirlər