Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım

Mehriban Əliyevadan 20 Yanvar faciəsi ilə bağlı paylaşım

 Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.

"AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, paylaşımda deyilir: 

"20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".






Fikirlər