İPOTEKA FONDUNUN ÇÖKƏN SİSTEMİNƏ 10 MİLYON XƏRCLƏNİB! - Milyonlar hara gedib?
İpoteka və Kredit Zəmanət Fondunun çökən resursuna 10 000 000 manat vəsait xərclənib. Bu barədə Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz feysbukda status yayımlayıb. Həmin statusu təqdim edirik: "Bu gün səhərdən İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka sistemində problemlər yaranıb. Məlum olduğu kimi Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi. Əldə etdiyim məlumata görə müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda eGov portalından e-ipoteka sisteminə ASAN imza ilə daxil olmaq mümkün deyil. Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur. Düşünürərm ki səlahiyyətli qurumlar, cavabdeh şəxsər ciddi məsuliyytətsizlik ediblər . Fikrimcə VXSİ Dövlət Agentliyi, dövlət resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət qurumları baş verənləri araşdırmalı ciddi tədbirlər görməlidir. Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres -test edilməməsi da doğru bir yanaşma deyil. Düşünüərm ki eGov Mərkəzi kirayə evlərlə bağlı Layihəyə start verməzdən öncə, ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün Fonda göstəriş verməliydi. Qısa bir araşdrıma nəticəsində əldə etdiyim məlumatları da burada bölüşmək istərdim. İpoteka və Kredit Zəmanət Fondu hazırda çökən rəsmi resursunun hazırlanması və eGov-a inteqrasiyası üçün 2 il öncə CyberNet şirkətinə təxminən 6 000 000 manat vəsait xərcləyib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. 10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalıdırlar. Fikrimcə bununla bağlı dərhal rəsmi açıqlamalar verilməlidir. Sistemin bərpası və vətəndaşların müraciətlərin qəbul edilməsi üçüb VXSİ Dövlət Agentliyinin eGov Mərkəzinin öz səlahiyyətləri çərçivəsində aktiv fəaliyyət göstərməsi indiki haıda çox vacibdir. Yeri gəlmişkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində DATA Mərkəzi olduğu halda Fondun adi bir serverinin , məlumat bazalarının da özündə yerləşməsi sual doğuran məsələdir. P.S.Bu məlumatı paylaşandan sonra gördüm ki Fond baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Və problemin səbəbini də , qeyd etdiyim kimi, müraciət edənlərin sayının çoxluğu ilə izah edib. Sadəcə biabırçılıqdır. Çünki, ayrılan milyonlarla vəsait məhz qeyd olunan problemin də həlli üçün nəzərdə tutulub. Ümid edirəm səlahiyyətli qurumlar sistemdə araşdrıma aparıb və audit edib vəsaitlərdən nə dərəcə effektiv istifadə edildiyini açıqlayacaq və cavabdeh şəxsləri məsuliyyətə cəlb edəcək".
E-gov sektorunda bu tip hadisə artıq 2-ci dəfədir ki təkrarlanır. Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi.
Həm də ona görə ki artıq bu qurumlar bilirlər ki bir dəfə belə bir problem yaşanıb.
Əlavə olaraq, e-ipoteka alt sisteminin hazırlanması üçün də GT Solution şirkətinə təxminən 3 000 000 manat vəsait xərcləyib.
Təsəvvür edin ki 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür.