Mikayıl Cabbarova yeni səlahiyyət verilir

Mikayıl Cabbarova yeni səlahiyyət verilirYeni ildən tələbə qəbulunu Təhsil Nazirliyi aparacaq

“Xeberinfo.com”a istinadən xəbərə görə,   Hökumətdə növbəti struktur dəyişiklik gözlənilir. Bir-birini qismən və tamamilə təkrarlayan nazirlik, komitə, idarə və digər dövlət təşkilatlarının birləşdiriləcəyi haqqında bir müüdət əvvəl də yazmışdıq. Artıq Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olundu və səlahiyyətləri iki dövlət strukturu arasında bölüşdürüldü. Ardınca “Azərenerji” SC və “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradıldı.

Bu istiqamətdə “xeberinfo.com”a yeni məlumat daxil olub. Məlumata görə növbə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (TQDK) çatıb. Bu qurumun yaxın vaxtda ləğv edilərək, səlahiyyətlərinin Təhsil Nazirliyinə veriləcəyi gözlənilir. Hətta bu səbəbdən TQDK-nın fəaliyyəti de-fakto dondurulub. Məleykə Abbaszadəyə isə heç bir əhəmiyyətli addım atmamaq tapşırılıb. Artıq Nazirlər Kabinetində əsas müzakirə obyektinin məhz bu məsələ olduğu deyilir. Daha doğrusu əsas qərar qəbul olunub, qalır Təhsil Nazirliyində aparılacaq struktur dəyişiklik. Mikayıl Cabbarovun rəhbərliyi altında bu məqsədlə yeni idarə yaradılacaq. 

Bu dəyişikliklə TQDK əməkdaşlarının əksər qismi işsiz qalmayacaq. Onların Təhsil Nazirliyində yaradılacaq idarədə işlə təmin olunacağı da gözlənilir.

O ki, qaldı Mikayıl Cabbarovun tələbə qəbulu kimi ağır bir yükü nə dərəcədə çəkə biləcəyinə, yaşayıb görərik.






Fikirlər