MSK Ləman Ələşrəfqızının Aqiyə Naxçıvanlı barədə şikayətini təmin etmədi

MSK Ləman Ələşrəfqızının Aqiyə Naxçıvanlı barədə şikayətini təmin etmədi

117 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Ləman İsmayılova (Ələşrəfqızı) Mərkəzi Seçki Komissiyasına müraciət edib.  

Gununsesi.org xəbər verir ki, o, müraciətində qeyd edib ki, seçkiqabağı təşviqat dövründə həmin dairədən namizədliyi qeydə alınmış digər namizəd Aqiyə Naxçıvanlı Sincan kəndində yaşayan bir tələbənin təhsil haqqını ödəyib.

Bununla da seçkiqabağı təşviqat kampaniyasının şərtlərini pozub. MSK ərizədə daxil olan müraciəti araşdırıb. Həmin tələbənin valideynindən izahat alınıb. O qeyd edib ki, onun övladının təhsil haqqı Aqiyə Naxçıvanlı tərəfindən ödənilməyib.

 Araşdırmalara əsasən müəyyən olunub ki, belə bir hal müəyyən olunmayıb. L. İsmayılovanın şikayəti əsassız olduğundan təmin edilməyib.

Qeyd edək ki, Yeni Azərbaycan Pariyasının Oğuz Rayon Təşkilatının Facebook səhifəsində da bir tələbənin təhsil haqqı ödənişinin partiyanın namizədi Aqiyə Naxçıvanlı tərəfindən ödənilməsi xəbəri yayılmışdı.

 






Fikirlər