REAL TV-dən LƏMAN VƏ AFƏTLƏ BAĞLI AÇIQLAMA

REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Report"un xəbərinə görə, açıqlamada qeyd edilib ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır:

"Bununla əlaqədar bildiririk ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova (Telmanqızı) və Ləman İsmayılova (Ələşrəfqızı) ilə xidməti müqavilə uzadılmayıb. Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb".






Fikirlər