Nəsibə Zeynalova 64 yaşında ana olub? - Xalq artisti barəsində maraqlı FAKT

Nəsibə Zeynalova 64 yaşında ana olub? - Xalq artisti barəsində maraqlı FAKT - VİDEO

 Azərbaycan teatr və kinosunun unudulmaz aktrisası Nəsibə Zeynalovanın (20 aprel 1916 - 10 mart 2004) ölümündən 16 il keçsə də unudulmur və onun haqqında bu gün də danışılır. 

BAKU.WS xəbər verir ki, Xalq artistinin adını daşıyan nəvəsi Xəzər TV-nin "5-də 5" proqramında nənəsi haqqında danışarkən maraqlı bir faktı açıqlayıb.

Nəvə Nəsibə rəsmi sənədlərdə nənəsi Nəsibənin və babası Mütəllibin qızıdır. Belə olan halda doğma atası Cahangir Novruzov sənədlərə görə onun qardaşı olur. Nəvə Nəsibə (1980) dünyaya gələndə nənə Nəsibənin 64 yaşı olub. Yəni rəsmi sənədlərdə ana-bala olan Nəsibələrin arasında 64 yaş fərq olub.

"Hamı bilir ki, Cahangir müəllim onun yeganə övladıdır. Amma rəsmi sənədlərdə mən də Nəsibə xanımın qızıyam. Atam rəsmi olaraq mənim qardaşımdır. Nənəm həmişə qız övladı arzuladığından mən doğulanda deyib ki, bu, mənim qızımdır. Bir neçə il sonra öz qızı kimi sənədləşdirib. Atamla-anam etiraz etməyiblər. Ailə qurana qədər Nəsibə Novruzova Mütəllib qızı idim, hazırda soyadımı dəyişmişəm və Əskərova Nəsibə Mütəllib qızıyam".






Fikirlər