Deputatdan DTX-ya ŞOK çağırış: "Yardımlının icra başçısı da HƏBS olunmalıdır"
Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib. "AzerTaym.az" bildirir ki, S.Rüstəmxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da həbs olunmalıdır: "Mətbuatda ictimai fikrə əsasən Biləsuvardan sonra həbs olunacaq icra başçılarının adları çəkilmişdi. Onların arasında Yardımlının da başçısının adı var idi. Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki camaat dövlətin ayırdığı yardımların onlara çatmadığını deyir. Görünür, dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir".