SURƏT Hüseynov DANIŞDI

 

Azərbaycanın sabiq Baş naziri, 1993-cü ilin 4 iyun Gəncə hadisələrinin əsas təşkilatçılarından biri Surət Hüseynov müsahibə verib.

 

S.Hüseynov müsahibədə bir sıra maraqlı məqamlara toxunub. Sabiq baş nazir iddia edib ki, 1992-ci xalqı Əbülfəz Elçibəyə səs verməyə çağırıb. “Bütün rayonların hamısında mənim tədarük idarələrim olub. Həmin idarələrin müdirinə möhkəm tapşırmışam ki, camaat içində təşviqat aparın, seçkilərdə gedib Elçibəyə səs versinlər"-deyə, S.Hüseynov deyib.

 

 Maraqlıdır, Surət Hüseynov həqiqətənmi xalqı Elçibəyə səs verməyə çağırıb?

 

Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, Surət Hüseynovun belə bir bəyanatla çıxış etdiyini xatırlamır:

 

Ola bilər ki, hardasa deyib, amma mən heç vaxt hansısa mənbədə onun belə bir çağırışına, bəyanatına rast gəlməmişəm”.

 

Məsələ ilə bağlı danışan Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov da Surət Hüseynovun belə bir bəyanatla çıxış etmədiyini deyib:

 

Surət Hüseynovun belə bir bəyanatla çıxış etməsini, belə bir söz dediyini xatırlamıram. O zaman Əbülfəz Elçibəyin namizədliyinin verilməsinə ölkə əhalisinin böyük qismi dəstək verirdi. Təkcə namizədliyini vermək üçün 600 mindən çox imza yığılmışdı. Ondan başqa ölkədə fəaliyyət göstərən institutlar, universitetlər, Elmlər Akademiyası, böyük müəssisələrin əksəriyyəti Əbülfəz Elçibəyin namizədliyinin lehinə bu prosesə qoşulmuşdu. Surət Hüseynovun isə o zaman belə bir bəyanatla çıxış etməsi heç xatirimdə deyil. Elə bir şeyə də rast gəlməmişəm. Necə olur ki, 1992-ci ildə dəstəklədiyi adamı 93-cu ildə Rusiya kəşfiyyatının əli ilə devirmək üçün hərbi qiyama başladı və Azərbaycanı bu günə qədər həll olunmayan problemin içinə saldı? Əgər Surət Hüseynovun belə bir çağırışı olsaydı ən azından mətbuatda gedərdi. Hətta Surət Hüseynovun belə bir çağırış etməsi də onun mahiyyətini dəyişmir. Surət Hüseynov 1993-cü ilin iyun qiyamında Azərbaycan dövlətinə, xalqına xəyanət edib. O zaman Dağlıq Qarabağ məsələsinin həllinə ciddi şəkildə yaxın olduğumuz ərəfədə Surət Hüseynov çevriliş etmək, hakimiyyətə qarşı qiyam qaldırmaqla bizi Dağlıq Qarabağ kimi problemin qarşısında qoyub”. Cebhe.info






Fikirlər