Daha uzunmüddətli qapanmalara gedə bilərik - Operativ Qərargahdan XƏBƏRDARLIQ
Virusa yoluxma artarsa, daha uzunmüddətli qapanmalara gedə bilərik. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O qeyd edib ki, əgər qısamüddətli qapanmalar nəticə verərsə, o zaman daha çox yumşalmalara gediləcək.