MƏMMƏDYAROV VƏZİFƏSİNDƏN AZAD OLUNDU! - Yeni XİN başçısı Ceyhun Bayramovdur (Rəsmi təsdiq)

Prezident İlham Əliyev Elmar Məmmədyarovun Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilib.

Prezidentin sigər sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

***

Azərbaycanın yeni Xarici İşlər naziri bu günə qədər Təhsil naziri vəzifəsini tutan Ceyhun Bayramovdur. "AzPolitika.info"nun məlumatına görə, bununla bağlı Prezidentin sərəncamının yaxın vaxtlarda elan olunacağı gözlənilir. 

 

 

***

Son günlər öz fəaliyyətilə ölkə ictimaiyyətinin və Prezidentin sərt qınağına tuş gələn Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov tutduğu vəzifədən azad olunub. 

“AzPolitika.info” xəbər verir ki, artıq XİN rəhbəri postuna yeni təyinat da həyata keçirilib.

 

 

Belə ki, Azərbaycanın yeni Xarici İşlər naziri vəzifəsi hökumətə daxil olan digər nazirlərdən birinə tapşırılıb. Onun kimliyi bəlli olsa da, hələlik müəyyən səbəblərdən bu barədə məlumat vermirik. Yaxın müddətdə Məmmədyarovun vəzifəsindən azad edilməsi və yeni nazirin kimliyi barədə rəsmi məlumat yayılacaq. 

“AzPolitika.info”

 

 






Fikirlər