İLHAM ƏLİYEVdən “Tvitter”də növbəti PAYLAŞIM - FOTO
"Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi faşizm siyasətinin növbəti təzahürüdür". AzerTaym.az" bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin "Tvitter" səhifəsində etdiyi paylaşımda yer alıb. Prezidentin daha bir paylaşımı işğaldan azad olunan torpaqlardakı gələcək planlarla bağlı olub: "Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar".