Putinlə İlham Əliyev Qarabağ məsələsini MÜZAKİRƏ ETDİ...
Noyabrın 1-də və 2-də Rusiya Prezidenti Vladimir Putinlə müvafiq olaraq Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi hərtərəfli müzakirə edilib.