Putinlə Ərdoğanın telefon danışığı OLDU!

Putinlə Ərdoğanın telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, telefon danışığı zamanı liderlər COVİD-19 pandemiyasına qarşı mübarizədə işbirliyi, ikitərəfli əlaqələr və regional inkişaf məsələlərini müzakirə ediblər.

Putinlə Ərdoğan iki ölkə arasında, eləcə də regional məsələlərdə yaxın əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.






Fikirlər