MDB-nin sammiti başlanır: Sərhəd mühafizəsi müzakirəyə çıxarılır

 

mdb sammit.jpg

Oktyabrın 16-da Qazaxstanda MDB dövlət başçıları Şurasının iclası keçiriləcək.

Strateq.az bildirir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsi rəsmi açıqlama yayıb. Saat 11-də Akmola vilayətinin Burabay qəsəbəsində keçirləcək sammitdə MDB dövlətlərinin prezidentləri işitirak edəcək.

Gündəlikdə BMT-nin yaranmasının 70, Çernobılda qəzanın 30 illiyi ilə bağlı sənədlər var.

Bundan başqa dövlət başçıları miqrasiya, cinayətkarlıqla mübarizədə, fövqəladə vəziyyətlərdə, sərhədlərin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Prezidentlər həmçinin MDB-də hərbi sahədə əməkdaşlıq imkanlarının inkişafı ilə bağlı məsələlərə baxacaqlar.






Fikirlər