Bəylər Əyyubovun qohumu işdən çıxarıldı

 

bitmap-img6

 

 

 

 

 

 

 

 

 

 

 

Bir neçə gün əvvəl Bakının tanınmış şadlıq saraylarından birirndə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubovun müğənni Nadir Qafarzədini vurduğuna görə saxlanılan əmisi nəvəsi Əqid Bayroyevdən yeni xəbər var

 

Criminal.az-a daxil olan məlumata görə, Əqid Bayroyev sentyabrın 20-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi rəisinin oğlunun toyunda Nadir Qafarzadəni döydüyünə görə Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Ötən gün Ə.Bayroyev sərbəst buraxılıb. Lakin o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin rəisi vəzifəsindən azad edilib. 
Ə.Bayroyev əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin rəisi işləyib. Sonradan müğənni Elton Hüseynəliyevlə aralarında baş verən insidentdən sonra işdən azad edilib. 






Fikirlər