Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR verilə bilər: "100-dən çoxuna baxılıb..."
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında iclası keçirilib. Publika.az xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərdən 100-dən çoxuna baxılıb. Komissiyadan bildirilib ki, hələ komissiyanın bir neçə iclası da keçiriləcək: "Çox güman ki, Novruz bayramına qədər bütün müraciətlərə baxılacaq". *** 10:03 Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. Bunu Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib. O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”. “Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb. (report)