Həkimlərin maaşları verilməyib? (AÇIQLAMA)

Həkimlərin maaşları verilməyib? (AÇIQLAMA)

Dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqqlarının verilməsində problemlər yaranıb.
 
"AzerTaym.az" qaynarinfo-ya istinadən bildirir ki, bu barədə radioloq-həkim Aydın Əliyev "Facebook" sosial səhifə hesabında yazıb.
Həkim bonusların da verilmədiyini diqqətə çatdırıb:
"Fevral ayının az qala yarısı yekunlaşıb, amma əksər dövlət tibb müəssisələrində yanvar ayının maaşları və bonusları hələ də verilməyib. Tibb işçilərinin qəpik-quruşunu verin, onları incitməyin". 
Pasiyentdən vəsait tutulur, niyə təmin etmirsiz?” – Həkim etiraz etdi » Yeni Söz
Qaynarinfo məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinə tabe olan dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqları köçürülüb. 

 






Fikirlər