Pakistanın Baş naziri koronavirusa YOLUXDU ...
Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun səhiyyə müşaviri Faysal Sultan tvitter hesabında məlumat yayıb. Həkim qeyd edib ki, Xanın verdiyi “COVID-19” testinin nəticələri müsbət çıxıb. Baş nazir hazırda evində müalicəsini davam etdirir.