ABŞ-da maska taxmaq qərarı ləğv olunur ...

ABŞ-da maska taxmaq qərarı ləğv olunur

ABŞ-da gündəlik peyvəndləmə sayı 5 milyona çatıb.

Yenisabah.az xəbər verir ki, Prezident Co Bayden koronavirusa qarşı tədbirlərin davam etdirilməsi istiqamətində addımlar atarkən, ölkənin 23 ştatında maska taxmaq qərarı ləğv olunub.

Maska taxma tələbini ləğv edən ştatlar arasında Alabama, Alyaska, Arizona, Arkansas, Florida, Corciya, Idaho, Indiana, Ayova, Kansas, Mississippi, Missouri, Montana, Nebraska, Şimali Dakota, Oklahoma, Cənubi Karolina, Cənubi Dakota , Tennessee, Texas, Utah, Viskonsin və Vayominqin adları səsləndirilib.

Bildirək ki, ölkə daxilində təxminən 75 milyon insan peyvəndlənib, 121 milyon insan isə ilk dozanı vurdurub. Vaksinasiya faizi 36-ya yüksəlib.






Fikirlər