MÜXALIFƏTDƏN ŞUŞA Bəyannaməsinə REAKSİYA...
İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. İki qardaş ölkə arasında imzalanmış tarixi sənədi Azərbaycan cəmiyyəti siyasi mövqeyindən aslı olmayaraq yüksək qiymətləndirib. Xalqımız və dövlətlərimiz üçün xeyirli-uğurlu olsun!”. Millətimiz üçün xeyirli-uğurlu olsun!”.
"AzerTaym.az" bildirir ki,modern.az saytının məlumatına görə, Şuşa Bəyannaməsini hətta hazırkı iqtidarın rəqibləri - müxalifətdə olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi (AXCP) partiyaları da təqdir edib.
Müsavat Partiyasının başqanı Arif Hacılının dünənki hadisəyə reaksiyası belə olub:
“Türkiyə və Azərbaycanın "üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruması barədə Şuşa Bəyannaməsi, Şuşada Türkiyə baş konsulluğunun açılması qərarı, iki ölkə arasında imzalanan digər razılaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm siyasi iradəyə əsaslanan yeni mərhələsidir.
AXCP sədri Əli Kərimli isə bildirib:
“Azərbaycan-Türkiyə hərbi ittifaqı nəhayət, rəsmiləşdi. Biz hər zaman belə bir ittifaqı zəruri saymışıq. Şuşa Bəyannaməsinə görə: "Azərbaycan və Türkiyənin hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə təcavüzün aradan qaldırılması məqsədilə... Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”.