Ermənistandakı Soros fondu və onun tərəfindən maliyyələşən QHT-lər Ermənistan hakimiyyətini təcili surətdə BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağıran birgə bəyanat yayıb.
Moderator.az xəbər verir ki, bu haqda “Sputnik Armeniya” yazıb.
“Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünün pozulması və mütəmadi hərbi təxribatlarıl nəzərə alaraq Ermənistan hakimiyyətini təcili surətdə BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırırıq”- birgə bəyanatda belə deyilir.
Dələduz milyarder, "rəngli inqilablar" ustası Corc Sorosun başçılıq etdiyi Fond başda olmaqla Ermənistan QHT-ləri eyni zamanda rəsmi İrəvanı ATƏT-ə müraciət edərək “vəziyyətin obyektiv monitorinqi üçün missiya göndərməyi” tələb etməyə çağırıblar.
“Azərbaycan artıq neçə aydır beynəlxalq hüquq normalarını pozaraq Ermənistan ərazisinə soxulub. Belə bir tədbir sərhədyanı kəndlərin təhlükəsizliliyinin təminatına kömək edəcək və hökumətin təhlükəsizliyi təmin etməsinə dəstək verəcək” –üzdəniraq bəyanatda deyilir.
Qeyd edək ki, Azərbaycan əleyhinə ədalətsiz bəyanatı imzalayanlar arasında Ermənistan Açıq Cəmiyyət İnstitutundan (Soros Fondu) əlavə, “Transparency İnternational” Anti-Korrupsiya Mərkəzi və “Asparez” Jurnalistlər Klubu, “Sülh dialoqu” ictimai təşkilatı kimi tanınmış Ermənistan QHT-ləri var.
Sultan Laçın
Fikirlər