PREZİDENT İlham Əliyev Sumqayıta səfər edib ...

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub. Prezident açılışda iştirak edib.

***

Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. İlham Əliyev açılışda iştirak edib.

***

Daha sonra Prezident Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

***

Eyni zamanda dövlət başçısı Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.

***

Prezident Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışına da qatılıb.

 






Fikirlər