Sumqayıt Polis İdarəsində ölüm

Sumqayıt Polis İdarəsində ölümSumqayıt şəhərində polis tərəfindən saxlanılan narkoman Sumqayıt Şəhər Polis İdarəsində ölüb.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgər Əli oğlu Əliyev naməlum səbəbdən təcridxanada ölüb.

Polisdən Ə. Əliyevin Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Ə. Əliyevin ölüm səbəbi keçirilən ekspertizanın nəticəsindən sonra məlum olacaq.






Fikirlər