Sumqayıt Telekomun “şef”i ATS-ləri metalloma satıb?

Sumqayıt Telekomun “şef”i ATS-ləri metalloma satıb?Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, ölkənin müxtəlif ərazilərində metal mafiyasının izinə düşmüş hüquq-mühafizə orqanları bu işdə Əsgərovun da rolunun olduğuna qərar veriblər.
Daxil olan xəbərdə qeyd olunur ki, köhnə ATS-lərin söküntüsü zamanı A.Əsgərov Sumqayıtda xeyli sayda dəmiri gizli şəkildə satıb.
Satılan ATS-lərdən əldə olunan gəlirin bir neçə milyon olduğu vurğulanır. Doğrudur, Akif Əsgərovun bu pulun hamısını tək yemədiyi etiraf olunur, lakin mənbəmiz həmin satış zamanı “Sumqayıt Telekom”un şefinin yuxarılara məbləğin külli-miqdarda “atdığı” söylənilir.
O da bildirilir ki, Akif Əsgərov həmin alış-verişdən sonra Bakı-Sumqayıt şossesinin yaxınlığındakı məşhur restoranda 1200 manatlıq “hesab” verib.
Lakin biznes ortaqlarından birinin boşboğazlığı həmin qrupu hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.






Fikirlər