“Cavab tutarlıdır, ictimai qınaq öz işini gördü” - Şeyxin Amuliyə cavabına REAKSİYA

“Cavab tutarlıdır, ictimai qınaq öz işini gördü” - Şeyxin Amuliyə cavabına REAKSİYA

"Azərbaycanı aşağılamağa çalışan İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuliyə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin cavab verməsi gərəkliyini yazmışdım. Bunu televiziya kanallarından birinə verdiyim müsahibədə də söylədim. Bəzi dostlar Amulinin ali dini liderin nümayəndəsi olduğunu nəzərə alaraq Azərbaycan rəsmilərinin ona cavab verməsi gərəkliyini bildirdilər".

 "AzerTaym.az"  xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

"Baxmayaraq ki, Amuli Azərbaycana qarşı sifariş yerinə yetirirdi və ona verilən mətni oxuyurdu, mən yenə də öz mövqeyimdə qalaraq axunda axundun cavab verməsinin doğru olduğu qənaətinəydim.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Seyid Həsən Amuliyə yazılı cavab verib. Cavab tutarlıdır. İctimai qınaq öz işini gördü. Elə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin adından yayımlanan yazılı cavabda ilk cümlə belədir: “Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır”. Ancaq belə hallarda müraciətləri gözləməyə ehtiyac yoxdur", - deyə politoloq bildirib. Yenisabah.az






Fikirlər