Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda "Şeyxülislam" mükafatının təsis olunması ilə bağlı təklifə münasibət bildirib.
AzerTaym.az report-a istinadən məlumatına görə, M.Qurbanlı deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təklifi dini sahədən yazan jurnalistlərin mükafatlandırılmasını nəzərdə tutur.
O qeyd edib ki, "Şeyxülislam" mükafatının təsis olunmasına, dini mövzuda seminar keçirilməsinə etiraz edənlər ya ateistdirlər, ya da tam olaraq hansı dinə mənsub olduqlarına qərar verə bilməyiblər:
"Şeyxülislam" mükafatı Allahşükür Paşazadə mükafatı deyil. Şeyxülislam başqa adamlar da olacaq. Bu mükafat o zaman da veriləcək".
Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan çox həssas bölgədə yerləşir: "Rusiyada dini mövzuda yazan jurnalistlərin gildiyası yaradılıb və dini həssaslıq, dini vəziyyət nəzərə alınır. Azərbaycan da həssas bir bölgədə, İslamla xristianlığın təmas nöqtəsində yerləşir. Bizdən bütün məsələlərdən - etnik, dini məsələlərdə yazanda diqqətli olmalıyıq. Milli maraqlarımıza zidd olmayan mövqe seçməliyik".
Fikirlər