Almatıda bələdiyyə binası yandırıldı - VİDEO + Yenilənib

Almatıda bələdiyyə binası yandırıldı

Qazaxıstanın Almatı şəhərində etiraz aksiyası iştirakçıları şəhərin bələdiyyə binasına (Akimat) hücum ediblər.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, hücumda təqribən 3000 nəfər iştirak edir. Etirazçılar rezin dəyənəklə silahlanıblar.

Əraziyə təqribən 1500 polis əməkdaşı cəlb olunub. Polis iqamətgaha geri çəkilməli olub. Bu isə inzibati binadan 50 metr məsafədə yerləşir.

Hadisə yerində olan müxbirin sözlərinə görə, aksiya iştirakçıları bir neçə polisi döyüb, onların silahını, dəbilqə və qalxanlarını götürüblər.

***

Etirazçılar şəhər administrasiyasının binasına daxil olub. Binanın daxilində yanğın başlayıb. Yanğının binanın şərq hissəsində birinci mərtəbədə başladığı bildirilir. 

Şəhər administrasiyasının əməkdaşları aksiya iştirakçılarının hücum cəhdindən əvvəl binadan çıxarılıb. 

 

 


 






Fikirlər