Putin və Bayden Makronun təklifini qəbul etdi ...
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden Fransa Prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik və strateji sabitliyə dair sammitin keçirilməsi təklifini qəbul ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Yelisey sarayından bildiriblər.
Məlumata əsasən, E.Makron Avropada təhlükəsizlik və strateji sabitliyi müzakirə etmək üçün C.Bayden və V.Putin arasında, sonra isə müvafiq maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. ABŞ və Rusiya liderləri Fransa Prezidentinin təklifini qəbul ediblər.
Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də keçiriləcək görüşlərində hazırlayacaqlar.