Lənkəranda güclü yağış yağır: 150 ailə təxliyə edilib
Hazırda Lənkəranda yağışlar davam edir. Yağıntının fəsadlarının qarşısını almaq üçün rayon fövqəladə hallar komissiyası ərazidə iş aparır, tədbirlər həyata keçirilir. Bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir. , Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni kəndi, Vilvan kəndi və Samurlu ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb.
İcra Hakimiyyətindən bildirilib ki, yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağlıb. Vəziyyət hələ ki gərgindir. Yağış davam edir.