Daxili İşlər Nazirliyindən sahibkarlara dəstək - 1002 nömrəli "Qaynar xətt" yaradıldı

DİN-1.jpg

 Bundan sonra sahibkarlıq fəaliyyətinə mane olma halları barədə Daxili İşlər Nazirliyin (DİN) 1002 nömrəli "Qaynar xətt"inə də məlumat vermək olacaq. DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə dövlət başçısının 2015-ci il 26 oktyabr tarixli fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsi davam etdirilir .

 

Bununla əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur.Azərtaym.az






Fikirlər