Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzaladı ...

Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzaladı

ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

Qanun ABŞ-a Ukraynanı məhdudiyyət qoyulmadan və sürətlə silahla təmin etmək imkanı verəcək. Bundan əlavə, Ukrayna əvvəlkindən qat-qat böyük həcmdə maliyyə yardımı alacaq.

Qeyd edək ki, ABŞ senatı lend-liz haqqında qanunu aprelin 7-də qəbul edib. 






Fikirlər